Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Gəncədə rəssamın qədim silah kolleksiyası -VİDEO

Gəncədə rəssamın qədim silah kolleksiyası -VİDEO

Gəncədə yaşayan Əməkdar rəssam Mübariz Əkbərov həm Azərbaycan, həm də digər xalqlara məxsus qədim silahları çox dəqiqliklə hazırlayır. “Cavadxan” filmində istifadə olunan Gəncə xanının hərbi geyimi və qılıncı da onun əl işidir. Kiçik bir emalatxanada hazırlanan qılınc və xəncərlər beynəlxalq sərgilərdə də nümayiş etdirilib. Rəssam əl işləri sayəsində müxtəlif müsabiqələrdə qalib olub.

Kolleksiyada “Beybut”, “Yamən”, “Kukri”, “Şpaqa”, “Saska” və digər silahları görmək olar.

Bu kolleksiyada həm Qafqaz, həm də dünya xalqlarının qılınc və silahları var. Azərbaycana məxsus itib-batmaqda olan nadir silah növlərini də Gəncədə yaşayan əməkdar rəssamın əl işləri arasında tapmaq mümkündür.

Bu sənət nümunələrinin hazırlanmasına bəzən 7-8 ay vaxt sərf edən Mübariz Əkbərov hazırladığı hər bir silahın adını, yaranma tarixini və kimə məxsusluğunu da dəqiqliyi ilə öyrənir.

Bu əl işlərinin arasında ərəblərə məxsus “Yamən”, Nepala xas olan “Kukri” xəncərləri, Fransızların “Şpaqa”sı, İspan və İngilis xanımlarının istifadə etdiyi “Pika” və “Stilet” xüsusi diqqət çəkir. Onların əsas özəlliyi üzərlərinin milli ornamentlərlə bəzədilməsidir. Mübariz Əkbərov “Cavadxan” filmində istifadə olunan Gəncə xanının qılıncının da müəllifidir.

O, bədii metal işləmə sənətinin yaşaması üçün tələbə də yetişdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …