Ana səhifə / İqtisadiyyat / Ceyhan limanından Kərkük neftinin nəqli dayandırılıb

Ceyhan limanından Kərkük neftinin nəqli dayandırılıb

Bu gün səhər saatlarında İraqın Kərkük vilayətinin neftinin Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) nəqli dayandırılıb. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbə nəqlin nə vaxt bərpa olunacağı barədə məlumatlı olmadığını bildirib.

Nəql dayandırılana kimi gündəlik orta ötürmə 264 min barel təşkil edib.

Kərkük-Ceyhan boru kəməri ilə gündəlik nəql, təxminən, 600 min barel təşkil edir, lakin İraq Kürdüstanında yaranan konfliktin fonunda oktyabrın ortasından bu həcm xeyli azalıb.

Həmçinin oxuyun

Azərbaycanın ən böyük neft yatağında hasilat 2,1 dəfə azaldı

2024-cü ilin ilk rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 31 milyon barel (4 milyon ton) və …