Bu şirkət son 4 ildə Elm və Təhsil Nazirliyinin 42,6 milyonluq tenderini udub
Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “Texno Lyuks M” MMC olub.
İdarə Qarabağ Universitetində əlavə infrastrukturun yaradılması ve maddi-texniki bazanın gücləndirilməsi işləri üçün “Texno Lyuks M” MMC-yə 7 milyon 290 min 51 manat 68 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Texno Lyuks M” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 24, m. 12 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur.
2018-ci ildən fəaliyyət göstərən “Texno Lyuks M” MMC indiyə kimi ancaq Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi tender müsabiqələrində qalib olub. “Texno Lyuks M” MMC 2022-2026-cı illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin keçirdiyi 42,6 milyon manat dəyərində 8 tender müsabiqəsində qalib olub.
Yeniavaz