Sosial şəbəkədə biz:

İndiyədək Ağdam Sənaye Parkına 125 milyon dollar investisiya yatırılıb

İndiyədək Ağdam Sənaye Parkına 125 milyon dollar investisiya yatırılıb
Xəbər Şəkli
20 November 2026, 11:13
İqtisadiyyat

Bu gün Ağdam şəhəri günüdür. Azərbaycanın 4-cü ən böyük sənaye şəhərinə çevriləcək Ağdam regionda ən çox inkişaf edən yaşayış məntəqələrindədir.

Ağdam daxil olmaqla işğaldan azad olunan ərazilərimizdə geniş miqyaslı vergi və gömrük güzəştləri tətbiq olunur. Ağdamda fəaliyyət göstərən Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

İndiyədək Ağdam Sənaye Parkına 125 milyon dollar investisiya yatırılıb. Ümumi sahəsi 190 hektar olan parkda 37 rezident və 3 qeyri-rezident fəaliyyət göstərir. Ağdam Sənaye Parkında indiyədək mindən çox vətəndaşımız işlə təmin olub.

Ağdam işğaldan azad olunan rayonlarımız arasında ən çox məskunlaşmış rayondur. Növbəti aylarda Ağdamda daha kütləvi məskunlaşma gözlənilir.

Vüqar Bayramov, millət vəkili