“Azərenerji” ASC 8 yarımstansiya üzrə termal kameralarla nasazlıqların aşkarlanması sistemi və termal monitorinq modulunun təhcizatı, quraşdırılması və texniki dəstəyi xidmətlərinə 2 312 255 AZN sərf etməyi planlaşdırır.
Buraya ümumilikdə 40-a yaxın xidmət daxildir.
ASC icraçı şirkətin müəyyənləşdirilməsi istiqamətində prosedur həyata keçirir.