Ana səhifə / İqtisadiyyat / Bu il Azərbaycanda 6 min ton tütün istehsal olunacaq

Bu il Azərbaycanda 6 min ton tütün istehsal olunacaq

Azərbaycanın tütün istehsalı ilə bağlı proqnozları açıqlanıb.

Bu il Azərbaycan Sənaye Korporasiyasının (ASK) balansındakı “Azərtütün” MMC 3 min ton tütün istehsal etməyi planlaşdırır.

Bunu korporasiyanın baş direktoru Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib: “Bu il Azərbaycanda ümumilikdə 6 min ton tütünün istehsal olunması planlaşdırılır ki, onlardan, bizim hesablamalarımıza əsasən, 3 min tonu “Azərtütün” MMC-nin payına düşür”.

K.Nəbizadə əlavə edib ki, bu il tütün səpini sahəsi 2387 hektar təşkil edib və yığılan tütün Balakəndə istehsal məntəqəsində saxlanılır.(trend.az)

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …