Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək.

Bunu APA-ya açıqlamasında Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Qurban İsmayılov bildirib.

“Təzə bazar”ın özəl şirkətə məxsus olduğunu söyləyən Q. İsmayılov bazarda icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarların şirkət tərəfindən 3 yerə köçürüləcəyini nəzərə çatdırıb.

Onun sözlərinə görə, ticarətçilərin bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”, bir hissəsi “Təzə bazar”la üzbəüz “Afcentr”, bir hissəsi isə Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AfkomPlaza” ticarət mərkəzlərinə köçürüləcək: ““Təzə bazar”da 751 ticarət obyekti olub, onların hamısı həmin 3 məkandan birində yerlə təmin olunacaq. Şirkət özü öz vəsaiti hesabına “Təzə bazar”ın yerində 3  hektar ərazidə müasir tələblərə cavab “Təzə bazar” inşa edəcək. Relyeflə əlaqədar tikiləcək ticarət mərkəzi Səməd Vurğun küçəsi tərəfdən ikimərtəbəli, Mərdanov qardaşları küçəsi tərəfdən isə üçmərtəbəli olacaq. Tikinti işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub. Yeni “Təzə bazar”da ticarətçilər üçün hər cür şərait yaradılacaq. Bu gün köçürülən ticarətçilər də könüllü əsasda yenidən istifadəyə veriləcək “Təzə bazar”a qayıda biləcəklər”.

Həmçinin oxuyun

Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? – VİDEO

Ölkədə mal-qara sayında azalma tendensiyası davam edir. Statistik rəqəmlər də ciddi azalmanın olduğunu göstərir. Dövlət …