Sosial şəbəkədə biz:
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci azaldıb
Xəbər Şəkli

Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci azaldıb

07 February 2026, 11:30
İqtisadiyyat

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 8,191 milyon ABŞ dolları dəyərində polad idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 % azdır.

Hesabat dövründə Türkiyənin polad ixracının ümumi dəyəri illik müqayisədə 12,9 % azalaraq 1 milyard 85 milyon ABŞ dolları olub.

Türkiyədən bu məhsulun idxalını ən çox İtaliya 60,561 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 34,8 % çox), Almaniya 58,559 milyon ABŞ dolları (7,8 % az) və Rumuniya 51,147 milyon ABŞ dolları (50,6 % az) dəyərində həyata keçirib.