Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini “Crystal İnşaat” ASC həyata keçirəcək.
Pravda.az-ın xəbərinə görə, ASC iş üçün Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC-dən 42 980 647 AZN alacaq.
ASC və MMC müqavilə bağlayıb. İcraçı şirkətin qanuni təmsilçisi Elgün Qafil oğlu Məmmədov, Nizamnamə kapitalı 4 000, vergi borcu isə 14 359 AZN-dir.