Sosial şəbəkədə biz:

Hər gün orta hesabla 182 azərbaycanlı turist qatarla Gürcüstana səfər edib

Hər gün orta hesabla 182 azərbaycanlı turist qatarla Gürcüstana səfər edib
Xəbər Şəkli
07 November 2026, 09:36
Cəmiyyət

Bu ilin ilk 9 ayı ərzində turist kimi xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 987 min 179 nəfər olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə turizm məqsədilə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 1,4% və ya 14 min 65 nəfər azalıb.
Qeyd edək ki, ötən ildən fərqli olaraq bu il turizm məqsədilə xaricə gedən azərbaycanlıların 2,4%-i və ya 23 min 261 nəfəri quru yolla ölkəni tərk edib. Quru yolla xaricə gedən azərbaycanlı turistlərin hamısı Gürcüstana səfər edib.
Məlumat üçün bildirək ki, 6 illik fasilədən sonra mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı sərnişin qatarı fəaliyyətə başlayıb. Bu isə o deməkdir ki, 26 may–1 oktyabr tarixləri arasında hər gün orta hesabla 182 azərbaycanlı turist qatarla Gürcüstana səfər edib. Yeniavaz