Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat / “Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib” – Natiq Cəfərli

“Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib” – Natiq Cəfərli

“Dövlət-vətəndaş münasibətləri, əsasən, iki bağ üzərinə inşa edilir: vergi və seçki. Tarixən vətəndaşlardan vergi toplamağa başlayanda onlara seçki hüququ verildi və ya seçki hüququ verilənlər vergi ödəməyə başladı. Azərbaycanda hər iki bağ kəsilib, çalışmır. Seçki hüququ əlimizdən alınıb deyə, vergi mədəniyyəti də formalaşmır. Vətəndaş ödədiyi vergiyə nəzarəti seçki üzərindən etməlidir, başqa yol yoxdur”.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli məlumat verib.

O qeyd edib ki, Azərbaycan hökuməti effektiv vergi sistemi yarada bilməyib deyə, dolayı vergiləndirmə ilə məşğuldur: “Ölkədəki rüsumlar, ƏDV, gömrük ödənişləri, hətta pullu təhsil belə dolayı vergiləndirmədir. Vətəndaş verginin nəticəsini görmək istəyir, görməyəndə ödəmək istəmir, müxtəlif yollarla yayınmağa çalışır. Dövlət isə büdcənin 65 faizni birbaşa neft pulu ilə formalaşdırır deyə (50% Neft Fondundan tranfert, 15% neft sektorundan vergilər), vətəndaşın birbaşa vergi sistemində iştirakında maraqlı deyil. Çünki birbaşa vergi sistemində iştirak gəlir deklorasiyasının tədbiqi vətəndaş üzərində məsuliyyət yaratmaqla yanaşı, vətəndaşa seçki institutu üzərindən nəzarət səlahiyyəti də verməlidir. Belə qəliz, effektiv və çağdaş sistem qurmaqdansa hökumət asan yolla gedir – rüsum, cərimə və digər dolayı yollarla vergi toplayır. Yəni, məsələnin kökü, səbəbi budur, biz isə yenə də nəticələri müzakirə edib-dururuq”.

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …