Çərşənbə , May 8 2024
Ana səhifə / İqtisadiyyat / “Araz” günahını etiraf edir… bəs müştəriyə dəyən ZİYANI KİM ÖDƏYƏCƏK? – MÜƏMMA

“Araz” günahını etiraf edir… bəs müştəriyə dəyən ZİYANI KİM ÖDƏYƏCƏK? – MÜƏMMA

Uzun müddətdir ki, “Araz” supermarket şəbəkələrində alış-veriş zamanı verilən kassa çekləri ilə bağlı problemlər yaşanır. Alıcıya təqdim olunan kassa çeklərinin nə QR kodu oxunur, nə də Fiscal İD rəqəmləri aydın görünür. Sosial mediada aylardır müzakirə olunan problemə əksər filiallarda rast gəlindiyi bildirilir.

Müştərilər əsasən İnşaatçılar, Buzovna, Sumqayıt və Xətaidə olan filiallarda belə problemlə üzləşdiklərini yazırblar.

Maraqlıdır, problemin səbəbi nə ilə əlaqədardır? Ümumiyyətlə, şirkət məsələnin həll olunması istiqamətində hansı addımlar atır?

Azinforum.az bildirir ki, Teleqraf.com sözügedən məsələ ilə bağlı “Araz” supermarket şəbəkəsinə sorğu göndərib.

Şirkətin rəsmi nümayəndəsi bildirib ki, müştərilərin alış-veriş qəbzindəki QR kodun oxunmaması ilə bağlı şikayətinə əsasən araşdırma aparılıb: “Bütün mağazalarımızda çek printerlərə baxış keçirildi. Sözügedən mağazalardakı printerlərdə texniki nasazlıq aşkar edildi və dərhal aradan qaldırıldı.

Xatırladaq ki, Vergi Məcəlləsinin tələb etdiyi qaydalara əsasən, alıcılar alış-verişdən sonra əldə etdikləri qəbzin üzərində olan Fiscal İD və ya QR kodu edvgerial.az portalına daxil edərək keşbek qazanırlar.

Müştərilərimizin xidmət və məhsulların keyfiyyət göstəriciləri ilə bağlı məsələlərdə həssaslığını anlayır, onları narahat edən məqamlarla bağlı bizi məlumatlandırdıqları üçün təşəkkür edirik. Mağazalarımızda qarşılaşdığınız istənilən problemlə bağlı şikayətinizi 924 nömrəsi ilə əlaqə saxlayaraq və ya sosial şəbəkə hesablarımızdan bizimlə paylaşmağınızı xahiş edirik”.

Göründüyü kimi, “Araz” supermarketlər şəbəkəsi problemin yarandığını etiraf edib, çoxsaylı şikayətlərdən sonra məsələni araşdırmağa başlayıb. Bəs ötən müddətdə pozulmuş istehlakçı hüquqlarını necə kompensasiya etmək olar?

Cavab vermək çətindir…
 

Həmçinin oxuyun

Bakı-Tbilisi-Qars dəmiryolunda hərəkətin bərpa olunacağı vaxt açıqlandı

Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq. …