Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / Amerikalı tələbəyə Şimali Koreyada nə ediblər?

Amerikalı tələbəyə Şimali Koreyada nə ediblər?

Xəbər verildiyi kimi, ABŞ-lı tələbə Otto Warmbier Şimali Koreya türməsindən buraxılıb, lakin onun valideyinləri onun bir ildən artıq komada olduğunu deyirlər.

“Vashington Post” qəzeti yazıb ki, Ottonun ailəsinə onun komaya düşməsinə ifliclik yaradan botulizm xəstəliyinin səbəb olduğu deyilib. Bundan sonra, ona yuxu dərmanı verilib və o komaya düşüb, – qəzet yazıb.

Tibb mütəxəssisi Vasif İsmayıl bu mövzuya dair sosial şəbəkəd yazdığı statusda Ottoya nə olduğunu təxmin etdiyini bildirib:

“Şimali Koreya həqiqətən də iyrənc bir rejim tərəfindən idarə olunur.

Bir il əvvəl amerikalı bir tələbə turist vizası ilə Şimali Koreyaya gəlir. Oteldə gördüyü propaqanda plakatını özü ilə aparmaq istədiyi üçün həbs edilir.

İndi oğlanı qaytarıblar. Amma bütün beyni ölüb, təkcə gözünü aça bilir.

Həkimlər nə olduğunu başa düşə bilmirlər.

Ona insulin və ya metformin verərək debilləşdirmək və propaqanda məqsədli istifadə etmək istəyiblər. Ya da belə ediblər ki, o, Koreyada nə gördüyünü danışa bilməsin.

İnsulin və metformin qandakı şəkər səviyyəsini aşağı salaraq beyni aç vəziyyətdə saxlayır. Üç dəqiqəyə beyin hüceyrələri ölür.

Otto Frederick Warmbier, flanked by two North Korean guards

Koreyalılar bunu rus “papaları”ndan öyrəniblər. Andropovu çox adam yumşaq biri kimi bilirdi, amma məhz onun vaxtında SSRİ əleyhinə çıxış edənləri belə debilləşdirirdilər ki, camaat “ancaq debillər SSRi-ni bəyənməzlər” desin.

Öz ağıllarında QuLAQ-da güllələnərək öldürməkdənsə, insulin və metformin ilə debilləşdirmək daha humanist metod imiş.

P. S. Kommunistlər bunu dəfələrlə inkar ediblər. Amma iki həftə əvvəl narkoloq dostumuz təsdiq etdi: onlar hələ də şizofreniya və narkomanlara qarşı bu metoddan istifadə edirlər”. (Musavat.com)

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …

Bir cavab yazın