Ana səhifə / İdman / Toğrul Əsgərov millidən kənarlaşdırıldı

Toğrul Əsgərov millidən kənarlaşdırıldı

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyətində dəyişlik edilib.

“Qafqazinfo”nun məlumatına görə, Olimpiya çempionu Toğrul Əsgərov sözügedən yarışda iştirak etməyəcək. Buna səbəb isə güləşçinin fiziki hazırlığının yerində olmamasıdır. Əsgərov bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb.

Çəki problemi yaşayan sərbəst güləş üzrə millimizin kapitanı Cəbrayıl Həsənov da eyni aqibətlə üzləşib.

Qeyd edək ki, Minsk-2019-da Toğrulu Hacımurad Hacıyev (74 kq), Cəbrayılı isə Aleksandr Qostiyev (87 kq) əvəz edəcək.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …