Çərşənbə , May 8 2024
Ana səhifə / İdman / Teymur Rəcəbovdan növbəti heç-heçə

Teymur Rəcəbovdan növbəti heç-heçə

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində beşinci turun oyunları keçirilir.

Belə ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə mübarizə aparıb. Şahmatçımızın növbəti qarşılaşması da heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, T.Rəcəbovun bundan əvvəlki turların 3-də görüşləri heç-heçə ilə başa çatıb, 1 oyunda isə məğlub olub. Hazırda şahmatçımızın aktivində 2 xal var.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …