Ana səhifə / İdman / “ShamkirChess 2019”: Teymur Rəcəbov üçüncü oyununu da heç-heçə başa vurdu

“ShamkirChess 2019”: Teymur Rəcəbov üçüncü oyununu da heç-heçə başa vurdu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” turnirində növbəti görüşünü başa vurub.

32 yaşlı qrossmeyster III turda Çin təmsilçisi Dinq Lirenlə üz-üzə gəlib. O, əvvəlki turlarda olduğu kimi bu görüşünü də heç-heçə ilə yekunlaşdırıb. 3 turdan sonra Rəcəbovun 1,5, Dinq Lirenin isə 2 xalı var.

Hazırda Sergey Karyakin (Rusiya) – Veselin Topalov (Bolqarıstan), David Navara (Çexiya) – Maqnus Karlsen (Norveç), Alekandr Qrişuk (Rusiya) – Aniş Giri (Hollandiya) və Vişvanatan Anand (Hindistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) qarşılaşmaları davam edir.

Qeyd edək ki, turnirə aprelin 9-da yekun vurulacaq.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …