Ana səhifə / İdman / Şahin Diniyev narazıdır: “Penalti yox idi”

Şahin Diniyev narazıdır: “Penalti yox idi”

“Çox gərgin oyun oldu. Hər iki komanda qalib gələ də, məğlub ola da bilərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç idi”.

Bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 2-ci turunda “Neftçi” ilə bu gün səfərdə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib. “Komandada 7-8 oyunçu, ilk dəfədir bir yerdə oynayır. Futbolçuların uyğunlaşması üçün 5-6 matç vacibdir. Taktiki cəhətdən ağıllı oynamağa və ötən turdakı səhvləri etməməyə çalışdıq. Bir neçə qol vəziyyətindən istifadə etsəydik, yaxşı olardı. Hesab oyuna görə oldu. Asan qollar buraxırıq. İki oyundur ki, qapımıza penalti verilir. Kənardan baxırdım, penalti yox idi. Sayef açıq ayaqla topa getmişdi. Taleyimizdir. Keçən ildən qəbul etmişəm. Belə də gedirik. Yenə də müdafiəçi cərimə medyançasında sadə oynamalıdır. “Neftçi” qol vəziyyəti yarada bilmirdi. Komandama təşəkkür edirəm, dözdülər. Bir xal da xaldır. Bizim üçün başlanğıcdır. İrəli getməyə çalışacağıq”.

Ş. Diniyev hakim idarəçiliyi ilə bağlı şikayət etməyin mənasız olduğunu bildirib: “Nəyi dəyişəcək? Kimsə cərimə oluna bilər. Amma ötən matçda da belə oldu. Hakimlər səhv edə bilər. Burada simpatiya məsələsi var. Sayef cəriməni birinci etmişdi, açıq ayaqla getmişdi. Əks tərəfdə olsaydı, fərqli qərar veriləcəkdi”.

Baş məşqçi oyun zamanı “Səbail”in texniki zonasından “Neftçi”nin futbolçusu Qara Qarayevə tərəf su atılmasından da danışıb: “Emosiyalarla dolu epizod idi. Ona qədər başqa epizodlar da olmuşdu. Bizdən kimsə yerə atdı suyu, sürüşərək ora getdi. Qaraya qarşı yox, yaranan epizoda görə elə idi. Yəni “Neftçi”nin oyunçularına qarşı deyildi”.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …