Çərşənbə , May 8 2024
Ana səhifə / İdman / Qurbanov masada pivə butulkasının yer almasına etiraz etdi

Qurbanov masada pivə butulkasının yer almasına etiraz etdi

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turunda keçirilmiş “Qarabağ” – “Bazel” (İsveçrə) matçından sonra maraqlı hadisə baş verib.

Belə ki, “Qarabağ”ın məşqçisi Qurban Qurbanov mətbuat konfransı zamanı masanın üzərində turnirin sponsorlarından olan pivə şirkətinə məxsus butulkasının yer almasını istəməyib.
Rəqib baş məşqçi Patrik Rahmenin mətbuat konfransında isə pivə şüşələri masaya qaytarılıb.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …