Ana səhifə / İdman / “Qarabağ”dan braziliyalı qapıçıya təklif: illik 300 min avro…

“Qarabağ”dan braziliyalı qapıçıya təklif: illik 300 min avro…

“Qarabağ”ın İtaliyanın “Verona” klubunda forma geyinən qapıçı Nikolas Andradeyə təklif göndərməsi barədə xəbər vermişdik. 
Braziliyalı qolkiperin meneceri Joao Santos Azərbaycan çempionu ilə danışılar apardıqlarını təsdiq edib.
Menecer bildirib ki, “Qarabağ” Nikolas Andradeyə illik 300 min avro maaş təklif edib: “Danışıqlar davam etsə də, indidən razılığın əldə olunacağını demək düzgün deyil. “Verona” ona ödəniləcək pulun 50 faizini də özü istəyir. Amma “Qarabağ” bu pulu verməkdə maraqlı görünmür”.
Qeyd edək ki, Nikolas Andrade indiyədək Braziliyanın “Atletiko Mineyro”, “Villa Nova”, “Tombense”, “Anapolina”, İtaliyanın “Virtus”, “Trapani” və “Verona” klublarında çıxış edib. O, 2017/18 mövsümündə A Seriyasında 36, İtaliya Kubokunda 1 oyun keçirib. “Verona” mövsümün sonunda B Seriyasına düşüb.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …