Ana səhifə / İdman / “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” futbol klubu bu gün ilk oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Lyublyana şəhərindəki “Stojice” stadionunda Sloveniyanın “Olimpiya” komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu Belçikadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi Lavrence Visserdir.

Baş hakimin köməkçiləri Karel De Roker və Jo de Veirdt olacaqlar. Dördüncü hakim funksiyasını Bram Van Driesşe yerinə yetirəcək.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …