Şənbə , Oktyabr 23 2021
Ana səhifə / İdman / Polşalı futbolçu: “Mahir Emreli hücumda çox fayda verir”

Polşalı futbolçu: “Mahir Emreli hücumda çox fayda verir”

“Son vaxtlar “Legiya”nın heyətində məni yaxşı mənada ən çox təəccübləndirən futbolçu Mahir Emrelidir”.

Bunu Polşa millisinin və “Legiya”nın sabiq futbolçusu Yanuş Qol Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin Varşava təmsilçisinin heyətindəki çıxışı barədə “legia.net” saytına açıqlamasında deyib.
Hazırda Rumıniyanın “Dinamo” (Buxarest) komandasında çıxış edən 36 yaşlı yarımmüdafiəçi 24 yaşlı forvard haqqında yüksək fikirlər səsləndirib: “Emreli topla yaxşı rəftar edir və hücumda komandaya çox fayda verir. Həmçinin Lukinyas və Rafael Lopesi də unutmaq olmaz. Onlar cinahlarda yaxşı işləyirlər”.

Qeyd edək ki, Yanuş Qol 2011 – 2013-cü illərdə “Legiya”nın formasını geyinib. Report

Həmçinin oxuyun

Baş Prokurorluq idmançının zalda ölümü ilə bağlı araşdırma aparır

Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.Bu barədə Baş Prokurorluğun mətbuat …