Ana səhifə / İdman / İslam Abbasov erməni güləşçini məğlub etdi

İslam Abbasov erməni güləşçini məğlub etdi

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyana qalib gəlib – 6:1. O, ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə Azərbaycan təmsilçisi daha 2 xal qazanıb.

Bununla da Abbasov ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bürünc medal uğruna görüşdə Ermənistan təmsilçisi Artur Şahinyana məğlubiyyətin əvəzini çıxıb.

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …