Ana səhifə / İdman / İdmançımıza ağır cəza: olimpiya çempionluğu əlindən alındı

İdmançımıza ağır cəza: olimpiya çempionluğu əlindən alındı

Azərbaycanlı ağır atlet, Qazaxıstan millisinin heyətində Rio-de-Janeyroda keçirilən 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi Nicat Rəhimov ağır cəzaya məruz qalıb.

Belə ki, o, antidopinq qaydalarını pozduğuna görə 8 il müddətində yarışlardan uzaqlaşdırılıb.
Nicat Rəhimovun olimpiya medalı da əlindən alınıb.

İdman Arbitraj Məhkəməsinin məlumatına görə, Rəhimovun 2016-cı il martın 15-dən 2021-ci il yanvarın 18-dək olan bütün nəticələri ləğv ediləcək. 2021-ci ilin yanvarında Beynəlxalq Test Agentliyi (ITA) idmançını antidopinq qaydalarını pozmaqda ittiham edib.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …