Ana səhifə / İdman / “Fənərbaxça”da yeni prezident: 20 illik dövr başa çatdı

“Fənərbaxça”da yeni prezident: 20 illik dövr başa çatdı

“Fənərbaxça”da prezident seçkiləri keçirilib.

Bu gün “Ülkər Stadionu”nda baş tutan səsvermədə iki namizəd başqanlıq üçün mübarizə aparıb.

Keşmiş prezident Aziz Yıldırımla Ali Koçun gərgin mübarizəsini ikinci qazanıb. Yerli mətbuat Türkiyənin ən zəngin iş adamlarından olan Ali Koçun qələbə qazandığını iddia etsə də, hələlik seçkinin tam nəticələri açıqlanmayıb.

Ali Koçun idarə heyətində Semih Özsoy, Nevres Erol Bilecik, Mehmet Burhan Karaçam, Sevil Zeynep Becan, Şaban Erdikler, Mustafa Tankut Turnaoğlu, Fethi Pekin, Metin Şen, Turhan Şahin, Mustafa Kemal Danabaş, Acar Sertaç Komsuoğlu, Simla Türker Bayazıt, Ömer Okan, Burak Çağlan Kızılhan yer alıb.

Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən bəri 20 ildir ki, fasiləsiz olaraq “Fənərbaxça” prezidenti idi. (apasport)

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …