Ana səhifə / İdman / “Fənərbağça” doğma meydanda qələbə qazandı

“Fənərbağça” doğma meydanda qələbə qazandı

Aprelin 25-də futbol üzrə Türkiyə çempionatının XXXVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları 3:2 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin qollarını Enner Valensiya və Atilla Szalay vurub. “Kasımpaşa”nın heyətində isə Haris Hayradinoviç və Florent Hadergjonaj fərqlənib.

Günün digər qarşılaşmasında “Yeni Malatyaspor” öz meydanında “Ankaragücü”nü 2:1 hesabı ilə məğlub edib. “Ərzurumspor” səfərdə “Qaziantep”i 3:2 hesabı ilə üstələyib. “Başakşəhər” – “Alanyaspor” matçında isə qapılara qol vurulmayıb – 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 75 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 72 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 69 xala malik “Qalatasaray” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Teleqraf.com 

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …