Sosial şəbəkədə biz:

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
Xəbər Şəkli
03 October 2026, 10:08
İdman

“Turan Tovuz”la yoldaşlıq oyunu üçün Bakıya gələn Türkiyənin “Fənərbağça” komandası Azərbaycanla bağlı paylaşım edib.

İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycan və Türkiyənin bayraqları paylaşılıb.

Paylaşımda, həmçinin “Salam, qardaş, Can Azərbaycan!” sözləri yazılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” matçı saat 20:00-da başlayacaq.