Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
İlk gündə “Formula 1” üzrə iki sərbəst yürüş, “Formula 2”də isə sərbəst yürüş və iki sıralama turu keçiriləcək.
20 döngədən ibarət Bakı trekinin uzunluğu 6,003 km-dir. Əsas yarış 51 dövrədən ibarət olacaq və ümumi məsafə 306,049 km təşkil edəcək.
Bakıda ilk yarış 2016-cı ildə “Avropa Qran-prisi” adı ilə keçirilib. Növbəti yeddi yarış isə “Azərbaycan Qran-prisi” adlandırılıb.
Günün proqramı:
10:00 – “Formula 2”: Sərbəst yürüş
12:30 – “Formula 1”: I sərbəst yürüş
14:00 – “Formula 2”: I sıralama turu
14:30 – “Formula 2”: II sıralama turu
16:00 – “Formula 1”: II sərbəst yürüş