“Xarkova endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 9 uşaq yaralanıb. Təəssüf ki, ölənlər də var. Kiyev vilayətində iki nəfər həlak olub, onlardan biri Azərbaycan vətəndaşıdır. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial media hesabında yazıb.
Qeyd edək ki, Rusiya ordusu ötən gecə Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirib.
“Qafqazinfo”nun məlumatına görə, hücum nəticəsində ölən Azərbaycan vətəndaşı Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasovdur.
Bildirilib ki, Abbas Abbasov bazarda ticarətlə məşğul olub.
Hücum zamanı daha bir neçə Azərbaycan vətəndaşının da yaralandığı bildirilir.