Ana səhifə / İdman / Dünya çempionatlarının sürpriz komandaları açıqlandı — Siyahıda Türkiyə də var

Dünya çempionatlarının sürpriz komandaları açıqlandı — Siyahıda Türkiyə də var

Futbol üzrə dünya çempionatları tarixində sürpriz komandaların siyahısı açıqlanıb.

Bu siyahıda son mundialın 4-cüsü Mərakeş də yer alıb. Afrika komandası bu qitədə yarımfinala yüksələn ilk millidir.

1994-cü ilin Bolqarıstan və İsveç yığmaları da sürpriz komandalar sırasındadır.

1998-ci ildə qatıldığı ilk mundialda bürünc mükafat qazanan Xorvatiya siyahıda özünə yer tapıb. 

Bundan başqa, 2002-ci ilin dünya üçüncüsü Türkiyə yığması sürpriz komandalardan biri kimi seçilib. Həmin mundialın ilk matçında son dünya çempionu Fransaya qalib gələn Seneqalı o zaman 1/4 finalda məhz Türkiyə dayandırmışdı. Maraqlıdır ki, o vaxtın hər iki yığması FİFA-nın sürpriz komandlarla bağlı siyahısına daxil edilib.

Demokrat.az

Həmçinin oxuyun

Avropanı mat qoyan azərbaycanlı şahmatçı xanımın məşqçisi DANIŞDI – VİDEO

“2023-cü ildə Bakıda keçirilən Dünya Kuboku Ülviyyə Fətəliyeva üçün uğurlu olub. O bu yarışda iki …