Bazar ertəsi , May 6 2024
Ana səhifə / İdman / “Barselona” ikinci yeri təmin etdi

“Barselona” ikinci yeri təmin etdi

“Barselona” La Liqada bu mövsüm ikinci yeri təmin edib.

Kataloniya təmsilçisi 37-ci turda “Xetafe” ilə qolsuz bərabərə qalıb – 0:0

Xalını 73-ə yüksəldən Xavinin baş məşqçisi olduğu komanda ən yaxın izləyicisi “Atletiko”nu (68 xal) 5 xal qabaqlayıb. Bununla da “Barselona” yarışın bitməsinə 1 tur qalmış 2-ci yeri rəsmiləşdirib.

Qeyd edək ki, “Real” bundan əvvəl çempionluğu təmin etmişdi.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …