Ana səhifə / İdman / Bəhram: “Övladıma da deyirəm ki, Qurban Qurbanova oxşayın”

Bəhram: “Övladıma da deyirəm ki, Qurban Qurbanova oxşayın”

“Qarabağ” “Braqa”ya həm Portuqaliyada, həm də Azərbaycanda yalnız nizam-intizamlı oyunla qalib gələ bilər”.

İdman.biz xəbər verir ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə deyib.

O, İsveçrənin Nyon şəhərində keçirilən Avropa Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

Bağırzadə bildirib ki, “Qarabağ” Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirsə, hətta hər iki oyunda qalib gələ bilər:

“Lakin nəzərə alaq ki, mən futbol mütəxəssisi deyiləm. Ona görə bu haqda dəqiq nə deyə bilməyəcəm. Mən Qurban Qurbanovun azarkeşiyəm. Onun həyat tərzi, futbol fəlsəfəsi mənə çox yaxındır. Hətta öz övladıma da deyirəm ki, Qurban Qurbanova oxşayın”.

Qeyd edək ki, “Qarabağ”ın “Braqa” ilə ilk görüşü gələn il fevralın 15-də səfərdə, cavab matçı 1 həftə sonra Bakıda olacaq.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …