Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İdman / Azərbaycanın şahmat yığması bu gün ABŞ komandası ilə qarşılaşacaq

Azərbaycanın şahmat yığması bu gün ABŞ komandası ilə qarşılaşacaq

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada davam edən dünya çempionatında bu gün V turun oyununa çıxacaq.

“Report”un məlumatına görə, rəqib ABŞ kollektivi olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Beş turdan sonra altı xalı olan ABŞ komandası 2-4-cü yerləri bölüşdürür. Azərbaycan isə bir xalla 9-cu pillədə qərarlaşıb.

Bu gün Misir – İsveç, Çin – İran, İngiltərə – Hindistan və Qazaxıstan – Rusiya qarşılaşmaları da keçiriləcək.

Dünya çempionatı, V tur

13:00. Qazaxıstan – Azərbaycan

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …