Ana səhifə / İdman / AZAL-ın təyyarəsi Antalyadan qayıdan 4 klubumuzun yüklərini Bakıya gətirmədi

AZAL-ın təyyarəsi Antalyadan qayıdan 4 klubumuzun yüklərini Bakıya gətirmədi

Antalyadakı təlim-məşq toplanışını başa vurub bu gün eyni təyyarə ilə Bakıya qayıdan 4 klubumuz problemlə üzləşib.  “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Sumqayıt”ın futbolçularının, eləcə də digər sərnişinlərin əksəriyyətinin təyyarənin yük yerinə verilmiş əşyaları gəlməyib. Hətta “Sumqayıt”ın məşq ləvazimatlarının Antalyada qaldığı bildirilir.
Klub nümayandələri Bakı aeroportunun əməkdaşlarına istinadən bildiriblər ki, komandaların yükü normadan artıq olduğundan Bakıya bugünkü reyslə gətirilməyib.
Qeyd edək ki, klubların üzvlərini Bakıya AZAL-ın təyyarəsi gətirib. Onlara bildirilib ki, yüklər Azərbaycana bir də gələn həftənin üçüncü günü olan reyslə göndəriləcək.(qol.az)

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …