Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / İdman / 8 ay əvvəl 9,69 milyona alınan futbolçu 100 milyona satılır

8 ay əvvəl 9,69 milyona alınan futbolçu 100 milyona satılır

“Tottenhem” yayda transfer bombasını partlatmağa hazırlaşır. 
Qaynarinfo Portuqaliyanın “Abola” qəzetinə istinadən xəbər verir ki, London klubu “Sportinq”dən Bruno Fernandesi heytinə qatır.
İddia olunur ki, “Tottenhem” bu futbolçuya görə Portuqaliya klubuna 87 milyon funt-sterlinq (100 milyon avro) təklif edib. Transfer pəncərəsi açılan kimi keçid rəsmiləşəcək.
Qeyd edək ki, “Sportinq” Bruno Fernandesi ötən yayda “Sampdoriya”dan 9,69 milyon avroya alıb. 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 45 rəsmi matçda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.

Həmçinin oxuyun

“Premyer Liqada klubların sayında artım olmayacaq” – Rövşən Nəcəf

Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq. Bunu AFFA-nın İcraiyyə …