Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Gündəm / Qərargah: “Tapılan meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir”

Qərargah: “Tapılan meyitin itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir”

“Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft Yığım Məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahdan “Report”a verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonu, “Pirsaat” qəsəbəsi ərazisində dənizdə sahildən 1 mil aralı məsafədə şəxsiyyəti naməlum kişi meyiti aşkarlanıb.
Tapılan meyitin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.
Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Həmçinin oxuyun

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş veribAzərbaycan Tibb Universiteti (ATU) yeni avtomobil …

Bir cavab yazın