Ana səhifə / Gündəm / İmişlinin deputatı Yesentukidə 35 milyon manatlıq obyekt açdı – FOTO,VİDEO

İmişlinin deputatı Yesentukidə 35 milyon manatlıq obyekt açdı – FOTO,VİDEO

Yesentukidə Azərbaycandan yatırılan sərmayə hesabına tikilən yeni “İstoçnik” sanatoriyası açılıb. ANS PRESS-in məlumatına görə, 400 nəfərlik sanatoriya layihəsi Azərbaycan Respublikasının sərmayə proqramı kampaniyası çərçivəsində həyata keçirilib. Azərbaycan bu layihəyə 1,5 milyard rubl (35 milyon manat – red.) sərmayə qoyub.

İmişlinin deputatı Yesentukidə 35 milyon manatlıq obyekt açdı-FOTO,VİDEO

Açılış mərasimində Stavropol diyarının qubernatoru Vladimir Vladimirov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bül-Bül oğlu, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və layihəyə sərmayə yatıran tanınmış iş adamı Əsabil Qasımov iştirak edib.

Çoxistiqamətli sanator kompleks mədə-bağırsaq traktı, nəfəs orqanları, ürək-damar və dəri xəstəlikləri, şəkərli diabet, cinsiyyat orqanlarının xəstəliyi və uroloji patologiya xəstəliklərinin müalicəsi və profilaktikası, o cümlədən cərrahiyyə əməliyyatlardan sonra reabilitasiya müalicəsində ixtisaslaşır.

“İstoçnik” sanatoriyası son bir neçə ildə Qafqaz Mineral Sularında istifadəyə verilən ən iri kurort obyektidir.

Polad Bül-Bül oğlunun sözlərinə görə, yeni sanatoriya ən müasir standartlara cavab verir.

Layihənin sərmayəçisi  Əsabil Qasımov Milli Məclisin deputatıdır.

İmişlinin deputatı Yesentukidə 35 milyon manatlıq obyekt açdı-FOTO,VİDEO

Daha ətraflı Tezis.az-da:
http://tezis.az/bolgelerde-veziyyet/2950-imislinin-deputati-yesentukide-35-milyon-manatliq-obyekt-acdi.html – See more at: http://tezis.az/bolgelerde-veziyyet/2950-imislinin-deputati-yesentukide-35-milyon-manatliq-obyekt-acdi.html#sthash.kuEab841.dpuf

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın