Cümə axşamı , May 9 2024
Ana səhifə / Gündəm / Azərbaycanda evlənmək istəyən 225 nəfərdə QİÇS aşkarlandı

Azərbaycanda evlənmək istəyən 225 nəfərdə QİÇS aşkarlandı

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin iyul ayının sonuna qədər 309224 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, 2015-ci il iyunun 1-dən 2017-cı il iyulun 31-dək müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Bütün dövr ərzində müayinədən keçən 12594 nəfərdə talassemiya daşıyıcılığı, 1456 nəfərdə sifilis, 225 nəfərdə isə QİÇS aşkarlanıb.

Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Həmçinin oxuyun

Eldar Mahmudova yaxın şirkət dərslik istehsal edəcək – 826 minlik iş

Elm və Təhisl Nazirliyi 5-7-ci siniflər üçün kiçik ölçülü dərsliklərin istehsalı ilə bağlı elan etdiyi …

Bir cavab yazın