Sosial şəbəkədə biz:
Vensin Ermənistan və Azərbaycana səfərinin tarixi açıqlandı
Xəbər Şəkli

Vensin Ermənistan və Azərbaycana səfərinin tarixi açıqlandı

08 February 2026, 00:00
Gündəm

ABŞ Dövlət katibinin İqtisadi məsələlər üzrə müavini Ceykob Helberq fevralın 9-11-də İtaliyanın Milan şəhərinə, Ermənistanın İrəvan şəhərinə və Azərbaycanın Bakı şəhərinə gerçəkləşdiriləcək səfərləri zamanı vitse-prezident Ceyms Devid Vensə qoşulacaq.

Bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir.

Bildirilir ki, Ermənistan və Azərbaycan səfəri Prezident Trampın sülh səylərini irəli aparacaq və Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunu (TRIPP) təşviq edəcək.