Sosial şəbəkədə biz:

"Binə"də külək reklam lövhəsini aşırdı - YARALANAN VAR

17 January 2019, 21:56
Gündəm

Güclü külək nəticəsində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.

Virtualaz.org xəbər verir ki, hadisə bu gün “Binə” ticarət mərkəzində baş verib. Hadisə yerinə təcili yardım çağırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, orta yaşlı kişi müştərək travma alıb. Hazırda vəziyyəti orta-ağırdır.