Sosial şəbəkədə biz:

Tenderlərə saxta sənəd təqdim edən şirkət Naxçıvanda tenderin qalibi olub

Tenderlərə saxta sənəd təqdim edən şirkət Naxçıvanda tenderin qalibi olub
Xəbər Şəkli
11 August 2026, 09:26
Gündəm

Naxçıvan MR Prokurorluğu “Lusso Group” MMC (VÖEN – 0201539501) ilə satınalma müqaviləsi imzalayıb.
M
üqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, müqavilə bağlanılan şirkət prokurorluğa 17 min 443 manat 94 qəpik dəyərində mebel avadanlıqları satacaq və quraşdıracaq.
Məlumat üçün bildirək ki, “Lusso Group” MMC müvafiq dövlət qurumu tərəfindən satınalmalar zamanı saxta sənəd təqdim etdiyi üçün etibarsız təchizatçıların reyestrinə daxil edilib və buna görə bir il müddətində (06.08.2026 – 06.08.2027) satınalmalarda iştirak edə bilməyəcək. Nizamnamə kapitalı 50 manat olan MMC 2024-cü ildən fəaliyyət göstərir və qanuni təmsilçisi Əjdərov Zaur Məhərrəm oğludur.
Onu da qeyd edək ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən şirkətlərin dövlət satınalmalarında iştirakına yol verilmir. Yeniavaz