Sosial şəbəkədə biz:

Neft pulları indi də Peruya gedir

Neft pulları indi də Peruya gedir
Xəbər Şəkli
07 August 2026, 14:10
Gündəm

"Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan "Inkia Energy" şirkətinə investisiya edib.

Marja Fonda istinadən xəbər verir ki, 2026-cı ilin fevral ayında Kanadanın pensiya fondu olan "Canada Pension Plan Investment Board” (“CPPIB") "Inkia Energy" şirkətinin 50 faiz payını "I Squared"-dən əldə edib. Qalan 50 faiz pay isə ARDNF-nin də iştirak etdiyi və “I Squared" tərəfindən idarə olunan investisiya strukturu vasitəsilə satın alınıb.

"Inkia Energy" hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 faizini təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib".

Neft Fondunun Peruya yatırım etdiyi məbləğ haqqında məlumat verilməyib.

İqtisadi inkişafın faktiki dayandığı Azərbaycanda neft pulları başqa ölkələrin iqtisadiyyatına yatırılır.Vaxtilə Neft Fonduna "neft pulları gələcək nəsillər üçün toplanır" deyirdilər.İndi bəlli olur ki, o pullar özlərinə və xaricilərə xeyir verir.