“Atışmalar altında babamın yasını keçirdik”- Elman Rüstəmovun qızı
Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova buro247.az saytına müsahibə verib.
" Azinforum.az " həmin müsahibəni təqdim edir:
- Günel, siz ixtisasca iqtisadçısınız. Necə oldu ki, incəsənət və moda sahəsini seçdiniz?
- Ailə üzvlərimin 90 %-i iqtisadçı olsa da, onların bəzilərinin gizli yaradıcı bacarıqları var. İqtisadiyyatı öyrənmək mənim üçün vacib idi. Ona görə də London College of Fashion və Central Saint Martins-də təhsilimlə bərabər iqtisadiyyat təhsili də aldım. Ancaq sonda peşəkar həyatı yaradıcı təbiətimə güzəştə getdim.
- Siz həm də istedadlı rəssamsınız. Yaradıcılığınız kolleksiyalarda öz əksini necə tapır?
- Emosional əhəmiyyəti olan rəsmlərimə çox diqqətlə yanaşıram və onları öz printlərimin əsası olaraq istifadə etməməyə çalışıram. İncəsənət dünyası kimi mənim üçün ayrıca hissədir. Bununla belə, hər bir kolleksiya üçün yeni motivlər çəkirəm, çünki varlıqlar, kartlar və hətta əlyazma qeydləri hər bir əşyanı unikal edir. Rəqəmsal çap və Photoshop dünyasında isə daha mürəkkəb və mənalı şeylər düşünməyə çalışıram.

- Kolleksiyadan tamamilə razıyam. Ambiqramm ideyasını bəyənirəm, həmişə 180 dərəcə fırlandığı halda dəyişməz qalan və seyf qıfılını xatırladan bəndli çanta yaratmaq istəyirdim. Çantada bəndə bərkidilmiş qara opalı da görmək olar. Mən bu daşı da çox sevirəm. Çantanın qapağını qaldırdıqda isə dəri üzərində işlənilmiş xətlər görmək olar. Tote bag 333-ün hazırlanmasında bizi kolleksiyaya yeni, müasir səslənmə verən oriqami ideyası ilhamlandırıb. İlk kutyur kolleksiyamız işıq və təmiz xətlərlə dolu idi.

- Bir dəfə mənə De Braunun "Mələklər və şeytanlar" romanını oxumağı tövsiyyə etdilər. Həmin il kitab təzə nəşr olunmuşdu. Onu oxuduqdan sonra kitabın sonunda müəllifdən dostu Con Lenqdona təşəkkür ifadəsi diqqətimi cəlb etdi. Bu məni maraqlandırdı, çünki onun soyadı ilə əsərin baş qəhrəmanı professor Robert Lenqdonun soyadı eyniydi. "Kod da Vinçi" romanından sonra isə düşünürdüm ki, bu uydurma personajdır. Bundan əlavə, kitab üçün ambiqramları kimi düşündüyünü öyrənmək istəyirdim. Uzun axtarışlardan sonra Conu tapa bildim, onunla öz ideyamı bölüşdüm və bu ona maraqlı gəldi. Artıq, səhv etmirəmsə, 8 ildir ki, davam edən əməkdaşlığımız belə başladı. Con bizim brendin loqotipini hazırladı. İşin əvvəlində biz loqonun yaradılması hekayəsini ona olan patentin müdafiəsi prosesi yekunlaşana qədər gizli saxlayırdıq. Çanta kolleksiyamız elə o zaman işıq üzü gördü.

- Bir müddət Ömər Eldarovun rəhbərliyi altında incəsənət akademiyasında mühazirələr oxuyurdum və bilirəm ki, gənclərimiz çox istedadlıdır, zəngin təsəvvürə, yaxşı texniki bacarıqlara sahibdirlər. Əlbəttə ki, Azərbaycanda moda sənayesini dəstəkləmək istəyərdim, ancaq bununla bağlə hansısa plan hələlik müəyyənləşdirməmişəm. Mənə müraciət edən gənc dizaynerlərin məktublarına şəxsən cavab verirəm və öz imkanlarım çərçivəsində onları istiqamətləndirməyə, dəstəkləməyə çalışıram. 2000-ci illərin əvvəllərində "Vogue" jurnalında dizayner Antonio Marrasın müsahibəsini oxumuşdum. O, Bakıya getmək arzusunda olduğunu demişdi. Bu fakt avropalılarda Azərbaycana olan marağı fikrini təsdiqləyir. Zövqsüz insanları isə cavabsız qoyuram. Onlar barədə danışmaq istəmirəm, belələri hər ölkədə var...

- Mən altruizmə inanmıram. Biz hər şeyin ən yaxşısını ilk növbədə özümüz üçün edirik, çünki bu, özümüzü daha yaxşı hiss etməyə imkan verir. Artıq bir neçə ildir ki, söz-söhbətlər üçün bəhanə verməməyə görə ictimai xeyriyyəçilikdə iştirak etmirəm, ancaq heç kəsin bilmədiyi xeyirli işlərlə məşğul olduğumdan ikiqat məmnunluq hissi keçirirəm. Bir sıra müşahidələrdən sonra başa düşdüm ki, ictimai xeyriyyəçilikdə iştirak etmək üçün cəsur insan olmaq lazımdır, çünki sizi mütləq tənqid etməyə başlayırlar, suallar verirlər, bu sualların cavabları isə artıq əvvəlcədən müəyyən edilmiş olur. Məsələn, sual verirlər ki, "Siz hansı hədəfə doğru gedirsiniz - özünüzü piar etməklə məşğulsunuz, yoxsa vergiləri aşağı salmaq istəyirsiniz?" İctimai xadim kimi şübhəsiz ki, əyləncə həyatını yox, özünüzü və gördüyünüz xeyriyyə işlərinizi təbliğ etməlisiniz. İstəyirəm ki, uşaqlarım, bütün gənc nəsil məhz bu yolu tutsun. Dəfələrlə öz qulaqlarımla eşitmişəm ki, xeyriyyəçilikdə iştirakla bağlı suala insanlar yayınaraq "Bunu müzakirə etmək istəmirəm" deyə, cavab veriblər. Belə aydın olmayan cavabdan sonra bu insanların səxavətli, ancaq sadə olduqları təəssüratı yaranır. Lakin dəfələrlə "sadəlik" və "səxavətliliyə" əks münasibətin şahidi olmuşam. Məncə, bu iş ictimai olmalıdır, hamı sizin nə qədər etdiyinizi bilməlidir və bu adi hal olmalıdır. Paylaşmağa nəyiniz varsa, sadəcə paylaşın, ancaq məsuliyyəti də daşımaq lazımdır.
