Sosial şəbəkədə biz:
Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpıldı
Xəbər Şəkli

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpıldı

29 May 2026, 09:14
Dünya

Bu gün Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb.

Bu barədə Rumıniya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalati bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Belə ki, PUA Rusiyanın mülki və infrastruktur hədəflərinə zərbələr endirdiyi Ukrayna ərazisindən sərhədi keçib. pizza hut

Əməliyyat zamanı iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb və pilotlara hədəfləri həyəcan siqnalı dövründə vurmaq səlahiyyəti verilib./Report