Sosial şəbəkədə biz:
Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
Xəbər Şəkli

Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq

29 May 2026, 09:49
Gündəm

Ölkə başçısının sərəncamına əsasən, iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış həyata keçiriləcək.

Bir çox çağırışçıları hansı dərəcəli yastıpəncəliyin hərbi xidmətə yararlı olduğu maraqlandırır.

Modern.az-ın Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinə uyğun olaraq 1-ci və 2-ci dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı hesab edilir. pizza hut

Yalnız 3-cü və 4-cü dərəcəli yastıpəncəliyi olan şəxslər orduya çağırılmır, hərbi xidmətə yararsız hesab olunurlar.