Sosial şəbəkədə biz:
Bakıda saxlanılan erməni əsilli şəxslərə hökm oxunub
Xəbər Şəkli

Bakıda saxlanılan erməni əsilli şəxslərə hökm oxunub

05 February 2026, 13:41
Gündəm

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Azinforum.az xəbər verir ki, hökmə əsasən təqsirləndirilən şəxs Davit İşxanyan və David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Eyni zamanda, təqsirləndirilən Arkadi Qukasyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.

Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.