Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Gündəm / Tərtərin icra başçısına korrupsiya ittihamı – Faktlar

Tərtərin icra başçısına korrupsiya ittihamı – Faktlar

Bəzi rayonlarda icra hakimiyyətinə rəhbərlik edən şəxslərin yarıtmaz fəaliyyətinə dair tənqidi materiallar dərc etmişik. Həmin materiallarda qeyd olunmuşdu ki, bu gün ölkəmizin hər bir guşəsində aparılan möhtəşəm yenidənqurma və abadlıq işlərindən kənarda qalmağa üstünlük verən, dövlət tərəfindən ona verilmiş müstəsna səlahiyyətlərdən dövlətin və xalqın rifahı naminə deyil, öz maddi maraqlarının təminatı məqsədilə istifadə edən yüksək vəzifəli məmurların fəaliyyəti anlaşılmazlıq və böyük təəssüf hissi doğurur.
Viran qoyulan Tərtər
(Müstəqim Məmmədov, icra başçısı)
Tərtərdə şəhid ailəsinə hörmətsizlik 
Belə ki, bəzi rayonlarda rəhbərlik tərəfindən şəhid ailələrinə qarşı sərgilənən qeyri-həssas, hətta təhqiramiz münasibət barədə tənqidi məqalələr qəzetimizdə dərc olunandan sonra, bir çox insanlar redaksiyamıza zəng vurub öz minnətdarlıqlarını bildirmişdilər. Amma əslində, bütovlükdə cəmiyyət şəhid vermiş və yaxud da Qarabağ uğrunda gedən döyüşlərdə rəşadət göstərmiş bu ailələrə minnətdarlıq etməlidir. Bunu hətta bəzi rayon rəhbərləri bilməsə də, biz yaxşı bilirik.
Redaksiyamıza yeni daxil olmuş məlumatda Tərtər rayon sakinləri də bu bölgədə vəziyyətin son bir ildə olduqca arzuolunmaz bir duruma gəlib çıxdığını iddia edirlər. Məlumatda bildirilir ki, 2014-cü ilin may ayında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Müstəqim Məmmədov ilk gündən rayon camaatına qarşı yolverilməz münasibət sərgiləməkdədir. Yerli sakinlərin sözlərinə görə, onlar rayonda kifayət qədər böyük hörmət və nüfuza malik insanlara qarşı nümayiş etdirilən ayrı-seçkiliyin və haqsızlığın şahidi olublar. Bu xüsusda aldığımız açıqlamada bildirilir ki, Müstəqim Məmmədovun hədəfindəki ilk şəxs Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin əfsanəvi komandirlərindən olan Vəzir Orucovun oğlu Camal olub. Hələ Ceyhun Cəfərovun Tərtərin icra başçısı olduğu vaxt, Camal Orucov onun qəbuluna düşərək, bəzi problemlərinin həllində yardım istəyib. C.Cəfərov isə onun kimliyini öyrənəndən sonra birbaşa özünə köməkçi vəzifəsinə təyin edib. Hətta həmin vaxt Camal Orucovu işə götürdüyünə görə, Tərtər camaatı Ceyhun Cəfərovun qəbuluna axışaraq, ona təşəkkürlərini də bildiriblər. Bu xüsusda aldığımız məlumatda daha sonra deyilir: “Ceyhun Cəfərov hətta Kürdəmirə icra başçısı təyin olunandan sonra, Camal Orucova da onunla gəlməsini təklif edib. Lakin Camal Orucov öz rayonunda işləmək istədiyini, habelə Müstəqim Məmmədovun «mülayimliyini» nəzərə alaraq, bu təklifi qəbul etməyib. Camal Orucov bir müddət sonra hansı böyük səhvi etdiyinin fərqinə varıb. Nə Milli Qəhrəman, nə də Vəzir Orucovu tanımayan Müstəqim Məmmədov qısa müddətdən sonra köməkçisinə zülüm yaşatmağa başlayıb. Az sonra isə C.Orucov vəzifəsindən azad olunub.”
Viran qoyulan Tərtər
(Camal Orucov)
Camal Orucovun vəzifədən çıxarılma səbəbləri barədə isə redaksiyamıza olduqca maraqlı açıqlamalar təqdim edilib. İddiaya görə C.Orucov icra başçısının tamahının qurbanı olub. Bu barədə təqdim olunan təfərrüatlarda deyilir: “Qeyd edək ki, Tərtər rayon İcra Hakimiyyətində 11 vakant iş yeri olduğu halda, Milli Qəhrəmanın oğluna bir iş tapılmaması heç də səbəbsiz olmayıb. Əksinə, bu dəfə də Tərtərin icra başçısının konkret planı olub. Bu plan Müstəqim Məmmədovun Camal Orucovun yerinə vaxtıyla tərtərlilərə qan uddurmuş, Tərtər rayon icra başçısının birinci müavini işləmiş, lakin azyaşlı oğlunun “avtoşluğu” və avtomobil qəzası törətməsi üzündən işdən qovulmuş Vidadi Bəylərovun qardaşı, Bərdənin icra başçısının köməkçisi işləmiş Zaur Bəylərovun gətirmək istəyinə əsaslanıb. Tərtər camaatı isə Müstəqim Məmmədovun bu hərəkətindən təəccübləniblər. Onlar vaxtıyla camaata qan uddurmuş birinin qardaşını vəzifədə Milli Qəhrəmanın oğlunu əvəz edəcəyini heç cür qəbul etmək istəmirlər…”
Viran qoyulan Tərtər
İcra başçısının subsidiya maxinasiyaları
Bu gün rayon rəhbərliyinin fəaliyyətindən çoxsaylı narazılıqların əks olunduğu şikayət məktublarının ölkə mətbuatına ünvanlandığı bölgələrimizdən biri də Tərtər rayonudur. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi “abadlıq və quruculuq” işləri ilə bağlı həyata keçirdiyi maxinasiyalar göstərilir. Vurğulanır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. İddialara görə bu məqsədlə seçilmiş hər hansı küçə, park və ya digər ərazi yaxud da bina son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, yenidən təmir olunmaq üçün bərbad vəziyyətə gətirilir. Təbii ki, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da böyük bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir.
Viran qoyulan Tərtər
Mənbələr bildirirlər ki, yerli sakinlər rayonun büdcəsinin rəhbərlik tərəfindən talan olunması ilə artıq çoxdan barışıblar. İstədikləri tək şey isə budur ki, heç olmasa eyni maxinasiyalar digər sahələrdə, yəni indiyədək abadlaşdırılmamış ərazilərdə həyata keçirilsin. Ən azından daha artıq məsrəflərin qarşısı alınar, rayon isə az da olsa həqiqətən abadlaşardı. Hətta Tərtərdə inşaat materiallarının satışı ilə məşğul olan iş adamları, rayonlarında gedən təmir-tikinti işləri üçün materialları daha ucuz qiymətə onlardan alımaqdansa, həmin məlzəmələrin Yevlaxdan gətirilməsinə göstəriş verən Müstəqim Məmmədovun bu qərarına da artıq təəccüblənmirlər. Axı başçı eyni zamanda özü də bir iş adamıdır. Sadəcə olaraq iş elə gətirib ki, onun ticarət obyektləri Tərtərdə deyil, məhz Yevlax rayonunda yerləşir. Əlbəttə ki, materialların Yevlaxdan gətirilməsi büdcəyə baha başa gəlir. Amma bu o demək deyil ki, Müstəqim Məmmədov göz görə-görə yüz minlərlə qazancı başqalarına, yəni yerli iş adamlarına verməlidir.
Viran qoyulan Tərtər
Artıq qeyd olunduğu kimi Müstəqim Məmmədov əmək fəaliyyətinə başladığı 1992-ci ildən 2014-cü ilədək, yəni Tərtər RİH-nə başçı təyin olunduğu günədək yalnız Yevlaxda çalışıb. Bütün bu fəaliyyət müddəti ərzində isə o, təbii ki, Yevlaxda bir çox kommersiya obyektlərinin, o cümlədən bir neçə inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz elə bu səbəbdən də bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan bütün materiallar iki-üç qat bahasına Yevlaxdan alınır. Digər tərəfdən də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi daxil olan məlumatlarda torpaq subsidiyaları ilə bağlı maxinasiyalar göstərilir. Belə ki, məlumatlara görə başçı rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarına əl qoymaq məqsədilə indiyədək rayonun bir çox kənd bələdiyyə sədrləri və yerli icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə edib. Maraqlıdır ki, bəzi iddialara görə bu maxinasiyanın sxemi ilkin olaraq başçı tərəfindən deyil, məhz bəzi kənd bələdiyyə sədrləri və yerli icra nümayəndələri tərəfindən işlənib hazırlanıb. Bir müddət sonra isə Müstəqim Məmmədov bu işdən xəbər tutaraq, “qabaqcıl təcrübə”nin artıq bütün rayon üzrə tətbiq olunması barədə göstəriş verib. Bu gün isə artıq bu maxinasiyaya cəlb olunmuş bütün bələdiyyə sədrləri və icra nümayəndələri başçı tərəfindən təyin olunmuş aylıq haqqları ödəmək məcburiyyətində qoyulublar…
Viran qoyulan Tərtər
Xaraba qoyulan rayon 
Qeyd edək ki, bir il əvvəl Tərtərin abalaşdırlan parkları və rayon mərkəzi sökülüb. Yeni icra başçısı Müstəqim Məmmədov bir il əvvəl ablaşdırılması üçün külli-miqdarda dövlət vəsaiti sərf olunan yerləri xaraba qoyub.
Xatırladaq ki, Müstəqim Məmmədovun Tərtərə icra başçısı təyin olunmasından bir həftə sonra yeni icra başçısının Tərtərdə bir il əvvəl keçmiş icra başçısı tərəfindən abalaşdırılan əraziləri yenidən abalaşdırmaq haqqında təlimat verdiyini yazmışdı. 
Qeyd edək ki, hazırda sökülən və yenidən qurulan yerlərdə abadlıq işlərinin aparılması üçün heç bir zərurət yox idi. Bir il əvvəl abalaşdırılan və hazırda sökülən ərazilərin yenidən abalaşdırlmasının isə ancaq bir açıqlaması ola bilər. Dövlətin milyonlarla vəsaitini bir heç edərək yenidən həmin yerlərə milyonlar sərf edilməsi ancaq ayrılan vəsaitin bir hissəsinin mənimsənilməsi məqsədini daşıya bilər və artıq bu hal bir ənənə halını alıb. Hər yeni təyinat alan icra başçısı köhnə başçının gördüyü işləri sökür və yenidən həmin ərazi yeni başçının «zövqünə» uyğun ablaşdırılr.
Viran qoyulan Tərtər
(Sabiq İcra başçısı Ceyhun Cəfərovun inşa etdiyi bu gözəlliyi, dağıdılıb yenidən inşa edilməyin səbəbi hələdə bilinmir)
Əslində dövlət vəsaitlərinin bu şəkildə tarmar edilməsinin heç bir anlamı yoxdur. Bu gün Tərtərin abadlaşmaya və sosial problemlərinin həll olunmasına ehtiyacı olan çoxlu kəndləri var. Vəsaitləri həmin kəndlərə və abadlaşdırılmasına ehtiyacı olan yerlərə sərf olunması daha məntiqlidir. Amma icra başçıları heç bir məntiqə sığmayan hərəkətlər edərək eyni yerləri bir neçə dəfə abdalaşdırırlar. Ortada isə çölə atılan dövlət vəsaitləri olur. söhbət mənimsəməkdən gedirsə, icra başçıları yeni ərazilərin abalaşdırılması zamanı da yeni mənimsəmə hallarını həyata keçirə bilərlər. Amma heç bir məntiqə sığmadığı halda icra başçıları dövlətin vəsaitlərini insafsızcasına havaya sovururlar. Halbıki, həmin vəsaitlərə rayonlarda istehsal sahələri yaratmaqla Azərbaycan iqtisadiyyatının inkişafına və insanların sosial problemlərinin həllinə və rifahının yüksəlməsinə ciddi töhvələr verə bilərlər. Amma nə yazıq ki, icra başçıları pulları hər il dəyişilən işıq dirəklərinə və yenə də hər il dəyişdirlən və yerə dövnilən «tamet»lərə sərf edirlər.
Viran qoyulan Tərtər
(Şəkilə diqqət: Başçı çıxış edir, əhali isə çıxışa əhəmiyyət verməyərək, öz problemlərinin çıxış yolunu düşünür)
Bildirilir ki, Müstəqim Məmmədovun Tərtərdə sərf etdiyi inşaat materiallarının hamısı Yevlaxdan, yəni icra başçısının tikinti materialları dükanlarından gətirilir. Bu zaman təbii ki, qiymətlərdə bir neçə dəfə şişirdilir və nəticədə Müstəqim Məmmədov iki tərəfli qazanc saxlamış olur. Qeyd etək ki, Müstəqim Məmmədov Yevlaxda çalışdığı zaman şəhərin abalaşdırlıma işlərinə rəhbərlik edib və buna görə də, icra başçısının Yevlaxda bir neçə iri inşaat materialları dükanı var. Həmçinin Tərtərdə çalışan işçilərində Yevlaxdan gətirdiyi bildirilir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Oteldəki zəhərlənmə ilə bağlı yeni şok iddia – Dərman içiblər?

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia …

Bir cavab yazın