Cümə , Aprel 26 2024
Ana səhifə / Gündəm / Heydər Əliyevin yubileyinə görə nərd yarışı təşkil edən direktora xəbərdarlıq verilib

Heydər Əliyevin yubileyinə görə nərd yarışı təşkil edən direktora xəbərdarlıq verilib

Keçmiş prezident Heydər Əliyevin 100 illik yubileyilə bağlı Sumqayıt şəhər 31 saylı orta məktəbdə nərd yarışı keçirilib. Bu barədə məktəbin sosial media hesablarından foto paylaşılıb. Sosial media istifadəçiləri bu fotonu müzakirə edərkən məktəbin direktoru Sumqayıt Regional Təhsil İdarəsinə çağırılıb. 

Bu barədə məlumatı Abzas Media-ya direktorun katibəsi verib.  

“Rəhbərliyi Regional Təhsil İdarəsinə çağırıblar.  Material çıxandan sonra çağırıldı. Problem, orada yayılan fotolardır”- katibə deyib. 

Sumqayıt Regional Təhsil İdarəsi də məsələ ilə bağlı açıqlama verərək bildirib ki, fotolardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib: “Təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub. Bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib”- deyə idarədən bildirilib. 

 Məktəbin “Facebook” səhifəsindən həmin fotolar silinib.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …