Ana səhifə / Gündəm / Ələsgər Əhmədoğlu saxlanıldı

Ələsgər Əhmədoğlu saxlanıldı

“Toplum TV” işi ilə bağlı media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) saxlanılıb.

Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

Ə.Əhmədoğlu barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, “Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …