Ana səhifə / Gündəm / Deputat: “Milli valyutaya təzyiqin olması ilə bağlı ajiotaj yaratmaq cəhdləri var və bu, sünidir”

Deputat: “Milli valyutaya təzyiqin olması ilə bağlı ajiotaj yaratmaq cəhdləri var və bu, sünidir”

Milli valyutaya təzyiqin olması ilə bağlı ajiotaj yaratmaq cəhdləri var və bu, sünidir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev bildirib.

Rüfət Quliyev deyib ki, Azərbaycan valyutasına təzyiqin olduğunu iddia etmək gülüncdür: “İqtisadi savadı olan hər kəs bilir ki, hazırda milli valyutaya təzyiq yoxdur, milli valyuta sabitdir. Azərbaycanın makroiqtisadi göstəriciləri yüksək səviyyədədir. Azərbaycanın valyuta ehtiyatları 70 milyard dollara çatıb. Üstəgəl, biz inflyasiyanın qarşısını ala bilmişik. Hər hansı valyuta mübadilə pozuntusundan, destablizasiyasından söhbət gedə bilməz. Bunun üçün ən azı makroiqtisadi göstəricilər mənfiyə yaxınlaşmalıdır. Bizdə isə bu göstəricilərin hamısı müsbətdir. Ən az ixrac-idxal saldosu 5 milyard dolları keçir. Bu istiqamətdə bəzi media orqanları və sosial medianın bəzi iştirakçıları heç bir reallığa əsaslanmayan süni ajiotaj yaradır. Bu dedi-qodu janrındakı xəbərlərin heç bir iqtisadi əsası yoxdur”.

Deputat qeyd edib ki, neftin və qazın qiyməti normal formada volatildir: “Hətta Azərbaycan büdcəsinin 50 faizini təşkil edən neft və qazın da qiymətlərinin qalxması gözlənilir. Bunu dünyada əsaslandıran bir neçə iqtisadi, siyasi amil var. ABŞ-da seçki keçirilməsi gözlənilir. Səudiyyə Ərəbistanı və Rusiyanın yürüdəcəyi siyasətdən asılı olaraq da neft qiymətləri arta bilər. Yəni bu enerji resurslarına dünyada böyük ehtiyac var və hər ikisinin qiyməti qalxmağa meyllidir. Bu sərvətlər də Azərbaycan iqtisadiyyatının, valyuta gəlirinin 50%-i deməkdir. Yəni bu iddianı ortaya atanlar hansı amillə iddiasını əsaslandırır? Bunu yazanların iqtisadi məntiqi yoxdur”. APA

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …