Ana səhifə / Gündəm / Adil Xudadatov niyə həbs edilməlidir? – Vətəndaşlar, iş adamları başqa qapıya üz tutacaqlar, o zaman…

Adil Xudadatov niyə həbs edilməlidir? – Vətəndaşlar, iş adamları başqa qapıya üz tutacaqlar, o zaman…

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan konseptual islahatlar kursu Azərbaycanda yeni münasibətlər sisteminin formalaşması ilə nəticələndi. Eyni zamanda, bu islahatlar ölkənin ictimai-siyasi və iqtisadi-sosial həyatında inqilabi dəyişiklərə gətirib çıxardı. Xüsusilə də, ölkədə idarəçilik sisteminin daha da şəffaflaşdırılması, vətəndaş-dövlət münasibətlərinin möhkəmləndirilməsi və total rüşvət-korrupsiya hallarının aradan qaldırılması istiqamətində ciddi və qətiyyətli addımlar atıldı.

On illərlə dövlət büdcəsini müxtəlif yollarla talayaraq özünə, ailə üzvlərinə və yaxınlarına təm-təraqlı həyat şəraiti quran bir neçə icra başçısı ilə bərabər onların müavinləri də həbs edildi.

İcra başçılarının müavinlərinin həbsi korrupsiyaya qarşı mübarizə istiqamətində Azərbyacan hüquq-mühafizə orqanları üçün də yeni paralellər işarələdi. Bəli, bu həbslər dövlətçiliyin möhkəmlənməsinə xidmət edirdi və xalqın cibinə girən məmurların cəzalandırılması günün əsas tələbinə çevrilmişdi.

Həbs edilən icra başçılarının müavinləri ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Xudadatovu nə birləşdirir?

Bir müddət əvvəl hüquq-mühafizə orqanlarının Kürdəmir, Ağstafa və Neftçala rayonlarında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bu rayonlarının icra başçılarının müavinləri də həbs edildi. Böyük sərvətə sahib olan icra başçılarının müavinlərinin həbsi gündəmə yeni sual saldı: digər rayonların icra başçılarının müavinləri təmizdirlərmi? Onlar xalqı incitmirlər? Yoxsa rüşvətxor və korrupsioner deyillər? Gəlin, paralellər aparaq.

Yuxarıdakı adıçəkilən rayonların həbs edilən icra başçılarının müavinləri öz iş prinsiplərini bu şəkildə qurmuşdular:

– Rayonda iş adamları incidilirdi, onlardan dövlətin ən üst instansiyalarının və mötəbər şəxslərinin adından pul yığılırdı

– Rayonlarda torpaq alveri ilə məşğul olan icra başçısının müavinləri öz kabinetlərindən sadəcə maaş almaq və güc nümayişi üçün istifadə edirdilər, hərəsi kənarda bir restoranda oturub öz “ticarətini” aparırdı

– Vətəndaşları qəbul edərək onların problemlərini həll etmək əvəzinə onlarla kobud davranırdılar

– Vətəndaşı dövlətdən küsdürürdülər

– Bu şəxslərin ucbatından xeyli sayda insan öz siyasi əqidələrini dəyişməyə məcbur olmuşdu

– Özlərinə bahalı mənzillər, maşınlar almışdılar, bağ evləri tikmişdilər

İndi isə əsas sual budur: Bütün bu “keyfiyyət”lərin hansı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Xudadatovda yoxdur?

Varmı? Varsa, o zaman bu adam niyə həbs edilmir?

– A.Xudadatovun vəzifəyə təyinat alandan sonra özünə bahalı mənzillər, maşınlar alıbmı, bağ evi tikibmi? Alıb və tikib! 

– O, Sumqayıt canı və qanı ilə bu dövlətə, dövlət başçısına bağlı olan iş adamlarını incidirmi? İncidir! 

– İş kabinetindən kənarda restoran şrəaitində özünə otaq düzəldib “ticarətlə” məşğul olurmu? Olur! 

– İş adamlarını, vətəndaşları dövlətdən narazı salırmı? Salır! 

– Böyük sərvətə, var-dövlətə sahiblənibmi? Sahiblənib! 

Şəksiz və şübhəsiz!

Amma… Cəmi 800 manat maaşlamı? Gülməlidir! A.Xudadatov əgər 10 il bu maaşla işləsə və maaşından bir qəpik xərcləməsə, o zaman 800 manat maaşla özünə 2-3 otaqlı bir mənzil ala bilər. Əcəba, hardandır bu adamın bərq vuran həyatının qaynağı!?

Adil Xudadatov niyə həbs edilməlidir…

Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi həbslər xalqın dərin etimadını qazandı, xalq birnəfəsə bu həbsləri dəstəklədi. Əmin olsunlar: əgər Sumqayıt Şəhər İcra başçısının müavini A.Xudadatov həbs edilsə, bu, xalqın iradəsinin ifadəsi olacaq. Və Sumqayıt əhalisinin, iş adamlarının dövlətə olan inamını, sədaqətini daha da artıracaqdır. Biz, onun sərvətinin siyahısını tezliklə dərc edəcəyik. Amma… Hüquq-mühafizə orqanları daha tez hərəkətə keçməli, ölkədə şəffaflığa, rüşvət və korrupsiya hallarına qarşı mübarizəyə mane olan, əksinə, rüşvətin çiçəklənməsinə öz töhfəsini verən bu adamı layiq olduğu hücrəyə atmalıdır. Əks halda, Sumqayıtdan yaxşı səslər eşitməyəcəyik. Bu adamın zülmündən iş adamları, ayrı-ayrı vətəndaşlar öz dərdlərinə çarə tapmaq üçün müxtəlif qapılara üz tutacaqlar, etirazlar təşkil edəcəklər. Bir alverçi məmura görə dəyərmi? Dəyməz!

Və adamın oğurladıqları büdcəyə qaytarılsın…

Hazırda Azərbaycan həssas dönəmə qədəm qoyub. Məmurların xalqdan, dövlətdən oğurladıqları bir qəpik belə dövlətə, xalqa xəyanətdir! Hər kəs oğurladıqlarını dövlətə qaytarmalıdır. Qarşıda bizi məsuliyyətli və şərəfli bir dövr gözləyir. İntibah, çiçəklənmə, dirçəlmə…! Və bütün bunlar üçün hər birimiz dövlət qulluqçusu adına ləkə gətirən şəxsləri ifşa etməli, onları dövlət mühakiməsinə verməliyik.

Biz güzgüyük! Adil Xudadatov isə bu güzgüdə belə görünür.

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …